Qəbul imtahanları 17 şəhər və rayonda keçirilir
21 may 2023 06:40 (UTC +04:00)

Qəbul imtahanları 17 şəhər və rayonda keçirilir

II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil edilir.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 206 imtahan binası, 3738 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 206 ümumi imtahan rəhbəri, 609 imtahan rəhbəri, 4673 nəzarətçi–müəllim, 635 buraxılış rejimi əməkdaşı, 206 bina nümayəndəsi cəlb edilib.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi mayın 21-də II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

# 1935
avatar

Oxşar yazılar