Pozulan, əzilən maşın nömrələri ilə bağlı yeni qərar qəbul olunub? - RƏSMİ
20 may 2022 17:40 (UTC +04:00)

Pozulan, əzilən maşın nömrələri ilə bağlı yeni qərar qəbul olunub? - RƏSMİ

Sosial şəbəkələrdə Dövlət Yol Polisi tərəfində avtomobillərin nömrələri ilə bağlı yeni qərar qəbul edildiyi barədə məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, yayılan məlumatlarda iddia olunan yeni qərara əsasən, dövlət qeydiyyat nişanlarının rəngi solan, bir işarənin belə görünmədiyi avtomobillər yol polisləri tərəfindən saxlanılır. Onlar 80 manat cərimələnir və birbaşa cərimə meydançasına aparılır. İddialara görə, hətta bununla bağlı reydlər keçirildiyi də bildirilib.

Məsələ barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, dövlət qeydiyyat nişanlarındakı tələblərin yəni standartların tələblərinin pozulması ilə bağlı yeni qərar qəbul olunmayıb:

Araz Əsgərli

“Dövlət qeydiyyat nişanları barədə standartlar həmişə olub və bunu sürücülərdə bilir. Bu standartlara əsasən, avtomobil sahibi həmin qeydiyyat nişanlarını təyin olunan yerdə və standartlara uyğun yəni müdaxilə etmədən, eləcədə istismara yararlılığına nəzarət edərək daşımalıdır. Əgər nömrə pozulubsa, qəza zamanı əzilibsə, yəni onun görünməsi mümkün deyilsə, bu inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən də bu halda həmin avtomobilin duracağa yerləşdirilməsi qanunidir və həmin müddət ərzində nöqsan aradan qaldırılmalıdır. Həmçinin bu halda sürücü İXM-nin 342.7-ci maddəsinə (Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə) əsasən, avtomobil sahibləri 60 manat cərimə olunur.

Sözügedən standartlar isə aidiyyatı üzrə 2004-cü ildən müəyyən edilib.

Sürücülərdən xahiş edirik ki, avtomobil qeydiyyat nişanlarında pozuntu, silinmə və s. varsa yaşadıqları ərazi üzrə Baş Dövlət Yol Polisi İdarəsinin müvafiq şöbələrinə müraciət etsinlər. Bunun üçün  onlar köhnə nömrəni gətirərək dövlət rüsumunu ödəməklə yenisini əldə edə bilərlər”.

# 4119
avatar

Mehman Nəbiyev

Oxşar yazılar