Polislər niyə saxladıqları maşına əl ilə toxunur?
28 iyun 2022 18:14 (UTC +04:00)

Polislər niyə saxladıqları maşına əl ilə toxunur?

Lent.az-ın "Bir sual, bit cavab" rubrikasında bu günə olan mövzu polislərin saxladıqları avtomobilə əl izi qoymaları ilə bağlıdır.

Çoxları bilir ki, polis əməkdaşları saxladıqları nəqliyyat vasitəsinin arxa işığına, yaxud digər hissəsinə ovuc içi ilə toxunaraq, əl izlərini qoyurlar. Ancaq polislərin bunu hansı səbəbdən etdiklərini hər adam bilmir.

Görəsən, polislərin saxlatdıqları avtomobilə əl ilə toxunmalarına səbəb nədir?

Mütəxəssislərin fikrincə, beynəlxalq təcrübədə də bu əməl yerinə yetirilir. Səbəbi isə polislərin öz həyatlarını sığortalamalarıdır. Yəni, saxlanılan avtomobilin sürücü və ya sərnişini polisə hansısa xəsarət yetirərsə, həmin əl izi sübut kimi qiymətləndirilir. Müasir texnologiyalar, yeni tələblər ortaya çıxsa da, polislərin ənənəvi əl izi məsələsi indi də sanki bir tələb kimi qalır.

# 4440
avatar

Mehman Nəbiyev

Oxşar yazılar