Polisə səlahiyyət verildi - Əcnəbiləri ölkədən deportasiya edə biləcək
09 avqust 2024 07:10 (UTC +04:00)

Polisə səlahiyyət verildi - Əcnəbiləri ölkədən deportasiya edə biləcək

Rusiya prezidenti Vladimir Putin polisə müəyyən hüquq pozuntularına görə əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiyadan inzibati qaydada çıxarılması barədə müstəqil qərar qəbul etmək səlahiyyəti verən qanunu imzalayıb.

APA xəbər verir ki, əvvəllər mövcud olan normalara görə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasından çıxarılmasını hakim, Rusiyaya daxil olarkən inzibati xəta törətdikdə isə sərhəd xidmətinin vəzifəli şəxsləri həyata keçirə bilirdi.

Artıq Daxili İşlər Nazirliyinin əməkdaşları da bu şəxslərin ölkədən çıxarılmasında iştirak edə biləcək.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xüsusi müəssisələrdə saxlanma müddəti isə 48 saatdan çox olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2343
avatar

Oxşar yazılar