Polisdən Göyçaydakı TIR probleminə MÜNASİBƏT
06 dekabr 2024 13:29 (UTC +04:00)

Polisdən Göyçaydakı TIR probleminə MÜNASİBƏT

Daxili İşlər Nazirliyi Göyçaydakı problemə münasibət bildirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, polis və aidiyyəti qurumun əməkdaşları ilə birlikdə Göyçay rayonunun Cəyirli kəndindəki qeyd olunan əraziyə baxış keçirilib.

Kənd təsərrüfatı məhsulları daşıyan yük avtomobillərinin sürücüləri ilə profilaktik söhbət aparılıb.

Hazırda məsələnin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, APA TV Göyçayda meyvə daşımaq üçün nəzərdə tutulan TIR və digər yük avtomobilləri sakinlərin narazılığına səbəb olması barədə material verib.

Sakinləri narazı salan problem rayonun əsas magistral yollardan biri kimi tanınan Göyçay-Bərgüşad yolunun Göyçay rayonunun Cəyirli kəndi ərazisindən keçən hissəsində yaşanır. Yolun hər iki tərəfində dayanan yük avtomobilləri piyadaların da və sürücülərin də həyatına təhlükə yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2535
avatar

Oxşar yazılar