“Ömürboyu öyrənmək”  - Prezident SƏRƏNCAM verdi
22 iyul 2022 13:07 (UTC +04:00)

“Ömürboyu öyrənmək” - Prezident SƏRƏNCAM verdi

Əhalinin davamlı savadlanması üçün “ömürboyu öyrənmək” mexanizmi yaradılacaq.

Lent.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu mexanizm əhalinin əmək bazarının tələblərinə uyğun ixtisasartırma kurslarında iştirak etməsinə və zəruri kvalifikasiyalar əldə etməsinə imkan verəcək.

Nəticədə, ixtisasartırma üzrə innovativ proqramların və məzunların sayı hər il əhəmiyyətli sayda artacaq. Təhsilin bütün səviyyələrində təhsilalanlara rəqəmsal biliklər aşılanacaq.

# 3300
avatar

Oxşar yazılar