Ölən uşaq qeydiyyatdan kənar məşqə cəlb edilibmiş - RƏSMİ AÇIQLAMA
02 may 2023 13:48 (UTC +04:00)

Ölən uşaq qeydiyyatdan kənar məşqə cəlb edilibmiş - RƏSMİ AÇIQLAMA

Aprelin 30-da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında Avropa oyunlarının mükafatçısı, idman ustası, məşqçi-müəllim Mehman Xəlilov bir qrup uşaqla sambo məşqi keçib.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Verilən məlumata görə, 2016-cı il təvəllüdlü Fərid Bakarov azyaşlı olmasına baxmayaraq Mehman Xəlilovun təşəbbüsü ilə qeydiyyatdan kənar məşqə cəlb edilib%

"Müşahidə kamerasının görüntüsünə əsasən məşqçi azyaşlıya qarşı kobud rəftar edib. Bir müddət sonra halı pisləşən azyaşlı xəstəxanaya aparılıb. Təəssüf ki, xəstəxanada azyaşlı Fərid Bakarovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işinə başlanılıb.

Məlumat üçün bildirək ki, uşaqların dərsdənkənar idman və yaradıcılıq üzrə maraq və bacarıqlarının aşkar edilməsi üçün ümumi təhsil müəssisələrində dəstək mexanizmləri həyata keçirilir. Bu fəaliyyət çərçivəsində Mehman Xəlilova da bir sıra nüfuzlu yerli və beynəlxalq idman turnirlərinin qalibi olaraq ümumtəhsil məktəbinin idman zalında sambo məşqcisi kimi fəaliyyətinə imkan yaradılıb. 

Elm və Təhsil Nazirliyi olaraq azyaşlı övladımızın vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4217

Oxşar yazılar

9-cu sinfi bitirənlər üçün növbəti imtahan  keçirildi -YENİLƏNİB

9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB

11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı keçiriləcək

11 may 2025 , 09:18
"Yer yanan şara  çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq  DÖRD BÜRC

May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC

10 may 2025 , 18:40
Sabahdan güclü külək  əsəcək

Sabahdan güclü külək əsəcək

10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ  - XƏBƏRDARLIQ

Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ

10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

10 may 2025 , 12:25
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

10 may 2025 , 12:23