Nazirlikdən istiliklə bağlı AÇIQLAMA:  Amma valideynlər təkzib edir...
02 noyabr 2021 18:01 (UTC +04:00)

Nazirlikdən istiliklə bağlı AÇIQLAMA: Amma valideynlər təkzib edir...

Ötən gün saytımızda Azərbaycanın orta məktəblərində yaşanan istilik problemləri ilə bağlı yazı dərc etmişdik.

Valideynlərin şikayətləri əsasında hazırladığımız həmin yazıya  Təhsil Nazirliyindən reaksiya gəldi.

Nazirlikdən Lent.az-a daxil olan açıqlamada bildirilir ki, dağlıq və dağətəyi rayonlarda təhsil müəssisələrinə istiliyin verilməsi bərpa olunub:

““Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq 2021-2022-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar bildirilir ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması  (281 məktəb) nəzərdə tutulur".

Nazirliyin açıqlamasından sonra Lent.az yenidən şikayətçi valideynlərlə əlaqə yaradıb.

Onlar bildiriblər ki, bu gün noyabrın 2-si olmasına baxmayaraq dağlıq və dağətəyi rayonların məktəblərinə istiliyin verilməsi hələ də bərpa edilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3693

Oxşar yazılar