Naxçıvanlı akademik AZAL-a etiraz etdi: Gərginlik var...
17 iyun 2022 10:53 (UTC +04:00)

Naxçıvanlı akademik AZAL-a etiraz etdi: Gərginlik var...

"Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir".

Lent.az xəbər verir ki, bunu  deputat İsa Həbibbəyli deyib. O bildirib ki, adamlar 10-15 gün əvvəl də bilet almaqda çətinlik çəkirlər:

"Əlavə reyslərin açılması elan olunduqdan bir saat sonra həmin reysə bilet almaq mümkün olmur. Yay mövsümü ilə əlaqədar olaraq gedib-gələnlər çoxalıb. Xeyir-şər məclislərinə gedənlər və xəstələr Naxçıvana bilet ala bilməməkdən narahatlıqlarını deputatların nəzərinə çatdırırlar. Gərginlik aradan qaldırılmalıdır. Müntəzəm reyslərin sayını artırmaq, əlavə reysləri tələbata uyğun olaraq tənzimləmək lazımdır."

# 5463
avatar

Aytəkin Cəlali

Oxşar yazılar