Müharibə iştirakçısından "Azəriqaz"a MÜRACİƏT
18 noyabr 2022 17:15 (UTC +04:00)

Müharibə iştirakçısından "Azəriqaz"a MÜRACİƏT

“Vətən müharibəsi iştirakçısı kimi sizdən xahiş edirəm ki, Noxudlu kəndində inşa etdiyim evimin qazlaşdırılmasında mənə köməklik edəsiniz”.

Lent.az xəbər verir ki, bu sözləri Hüseyn Salmanov “Açıq mikrofon” aksiyası çərçivəsində Salyan rayonunda baş tutan görüş zamanı bildirib.

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəisi Azər Musayev SOCAR rəhbərliyinin şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşdığını bildirərək ünvanlanan müraciətin qeydiyyata alındığını vurğulayıb.

Rayonun Yenikənd kənd sakini Elşən Fərəcov, Salyan şəhər B.Talıblı küçəsində yaşayan Hilal Şəfiyev və Əsəd Cəlilov fərdi yaşayış evlərinə quraşdırılan sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəzlənməsini xahiş ediblər.

Aksiyanın imkanlarından sakinlərlə yanaşı, sahibkarlar da yararlanıblar. Onlar istehlak etdikləri təbii qaza görə yaranan debitor borcun hissə-hissə ödənilməsi üçün əlavə vaxt verilməsini xahiş ediblər. Ünvanlanan bütün müraciətlər Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb.

# 1227
avatar

Fidan İlqar

Oxşar yazılar

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09
Hacı Şahindən terrorla bağlı PAYLAŞIM:  "Diplomatlarımızın yanındayıq"

Hacı Şahindən terrorla bağlı PAYLAŞIM: "Diplomatlarımızın yanındayıq"

27 yanvar 2023 , 16:34
Marketlər  heyvan yeməklərini   insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

Marketlər heyvan yeməklərini insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

27 yanvar 2023 , 16:27
Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

27 yanvar 2023 , 14:30
Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq   - XƏBƏRDARLIQ

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

27 yanvar 2023 , 13:31
Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

27 yanvar 2023 , 13:27
Orxan Əsgərov

Şəhid olan Orxan Əsgərovun FOTOSU

27 yanvar 2023 , 13:08