Muğanlı-İsmayıllı-Qəbələ yolu bu tarixdə  istifadəyə veriləcək
22 fevral 2024 10:47 (UTC +04:00)

Muğanlı-İsmayıllı-Qəbələ yolu bu tarixdə istifadəyə veriləcək

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması 2025-ci ilin yazında tamamlanacaq.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə heyətinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, hazırda qeyd olunan layihə üzrə işlər davam etdirilir və gələn ilin mart ayına qədər yekunlaşdırılacaq.

"Muğanlı dairəsindən Qəbələ istiqamətində olan dörd hərəkət zolaqlı yol istismara veriləcək”, - Saleh Məmmədov qeyd edib.

# 10740
avatar

Oxşar yazılar