Milyonçu “Bomj” oldu:  Hokkeyçinin heyrətamiz hekayəsi  - VİDEO
13 fevral 2022 17:51 (UTC +04:00)

Milyonçu “Bomj” oldu: Hokkeyçinin heyrətamiz hekayəsi - VİDEO

Kanadanın Kenora şəhərində cəmi 15 min nəfər yaşayır. Onlardan birinin adı Co Merfidir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, şəhərdə o, sığınacaqlarda, zibilliklərdə və ya sadəcə Ontarion əyalətinin müxtəlif şəhərlərinin küçələrində dolaşan bir avara kimi tanınır.
 

Merfi Milli Hokkey Liqasında çıxış edib, 1990-cı ildə Stenli Kubokunun mükafatçısı olub, karyerası boyunca 15 milyon dollar qazanıb. 

İndisə, sabit yaşayış yeri olmayan avara həyatı sürür. 

Bəli, bəli, real həyatda belə də olur!

Merfi Milli Hokkey Liqasında yeddi fərqli komandada cəmi 779 oyun keçirib.

“Pulum çoxdan qurtarıb. Heç nəyim qalmayıb. Bir qəpiyim belə yoxdur.  Bundan sonra nə edəcəyimi bilmirəm. Hazırda heç bir işim yoxdur. Bir dəfə bir nəfərlə yollarım kəsişmişdi. Dedi: “Sadəcə pul istə”. Düzdür, mən bunu heç vaxt etməmişəm. Həmin adam bir daha dedi ki, sadəcə, pul istəsə vəssalam. Bu, mənim dilənməyim olacaqdı. Bəli, mən indi bununla məşğulam. Mən dilənçi olmuşam”, - 50 yaşlı Merfi jurnalistlərdən biri ilə söhbətində deyib.

Hokkey oynadığı illərdə aldığı zədələrini və sarsıntıları indiki çətinliklərinin səbəblərindən biri hesab edir.

Hokkeyçi kimi qazandığı 15 milyon dollar tüstü kimi uçub gedib - narkotiklərə, kazinolara, şübhəli səhm sövdələşmələrinə.

Dollar milyonçusu “Bomj” oldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Oxşar yazılar