Metroda daha bir PROBLEM : Sərnişinlər düşürüldü
19 may 2022 11:25 (UTC +04:00)

Metroda daha bir PROBLEM: Sərnişinlər düşürüldü

"Həzi Aslanov-Dərnəgül" marşrutu ilə hərəkət edən qatarda nasazlıq yaranıb. "Ulduz" stansiyasında sərnişinlər düşürülüb. 

Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, qatar depoya göndərilib, əvəzinə qatar verilib.

 Nəticədə, iki qatar arasında intervaldan əlavə 2 dəqiqə fərq yaranıb. Ehtiyat qatar xəttə verildiyindən bu fərq qısa müddətdə aradan qaldırılacaq.

# 1836
avatar

Aytəkin Cəlali

Oxşar yazılar