Məktəblərdə  smartfonlardan istifadə   QADAĞAN edildi
06 dekabr 2023 14:03 (UTC +04:00)

Məktəblərdə smartfonlardan istifadə QADAĞAN edildi

Dövlət Duması plenar iclasda SİM kartlı smartfon və planşetlərin sinifdə hətta təhsil məqsədləri üçün istifadəsini qadağan edən düzəlişi dəstəkləyib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, smartfondan yalnız həyat və ya sağlamlıq üçün təhlükə ilə bağlı fövqəladə hallarda istifadə etmək mümkün olacaq. Digər hallarda qadcet qadağandır.

Maraqlıdır ki, noyabrda Dövlət Dumasında qəbul edilmiş qanun layihəsinin ilkin variantında tədris məqsədləri üçün dərslərdə rabitə vasitələrindən istifadəyə icazə verildiyi bildirilib. Nəticədə Dövlət Duması təhsil məqsədləri üçün istifadəni məhdudlaşdırmaq qərarına gəlib.

“Rusiya Federasiyasında təhsil haqqında” qanun məktəblilərin “dərs zamanı rabitə vasitələrindən istifadə etməməsini” nəzərdə tutur. Dövlət Dumasının sədri Vyaçeslav Volodin dərslərdə telefonların qadağan olunmasını nəzərdə tutan düzəlişin edilməsini təklif edib.


 

# 5346
avatar

Oxşar yazılar