Maqsud Mahmudova  HÖKM OXUNDU:   14 il həbs
06 may 2022 17:17 (UTC +04:00)

Maqsud Mahmudova HÖKM OXUNDU: 14 il həbs

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Maqsud Mahmudovun vəkili müdafiə çıxışı edib. 

O bildirib ki, Maqsud Mahmudov 1993-cü ildən sonra psixi pozğunluqla bağlı müalicə alıb və o, cinayəti törədərkən anlaqsız olub. Müdafiəçi buna görə də məhkəmə istintaqının yenidən təzələnməsi ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı və zərərçəkmişlər vəsatətin rədd edilməsini istəyib.

Məhkəmə yerində müşavirə keçirərək vəsatəti rədd edib.

Maqsud Mahmudov son söz dedikdən sonra məhkəmə müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edilib. O cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, prokuror Maqsud Mahmudovun ittihamlarda təqsirinin sübuta yetirildiyini bildirib və onun 14 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkən var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4644
avatar

Fidan İlqar

Oxşar yazılar