Liman şəhərinin sakinləri "Açıq mikrofon" aksiyasında müraciətlərini ünvanladılar 
15 mart 2023 20:47 (UTC +04:00)

Liman şəhərinin sakinləri "Açıq mikrofon" aksiyasında müraciətlərini ünvanladılar 

SOCAR "Azəriqaz" İB-nin bölgələrdə keçirdiyi "Açıq mikrofon" aksiyası növbəti dəfə Lənkəran şəhərində təşkil olunub. 

Lent.az xəbər verir ki, tədbiri Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədov açıq elan edib.

Qurum rəsmisi ünvanlanacaq hər bir müraciətin Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin də iştirakı ilə keçirilən aksiyada mikrofon sakinlərin ixtiyarına verilib. Pərvanə Əzimova və Mayıs Sadıxov Digah kəndinin genişlənmiş hissəsinin sakinləri adından çıxış edərək yaşadıqları ərazinin qazlaşdırılmasını istəyiblər. Gülnarə Hümbətli Osaküçə kəndinin 27-yə yaxın fərdi yaşayış evinin qazlaşdırılması üçün küçə qaz xəttinin çəkilməsini xahiş edib. Ünvanlanan 10-a yaxın müraciətdən biri isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub ki, bu da Abas Əliyev tərəfindən səsləndirilib. Hər bir müraciət aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.
 

# 1068
avatar

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39