"Liatris Holdinq"in təşkilatçılığı ilə "Qadına şiddətə son" tədbiri keçirildi
02 dekabr 2023 13:22 (UTC +04:00)

"Liatris Holdinq"in təşkilatçılığı ilə "Qadına şiddətə son" tədbiri keçirildi

Bu gün "Liatris Holdinq"in təşkilatçılığı, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ombudsman Aparatının iştirakı ilə Heydər Əliyevin 100 illiyinə hərs olunmuş "Qadına şiddətə son" layihəsi çərçivəsində “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbir keçirilib.

Lent.az xəbər verir ki, tədbir şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən "Liatris Holdinq"in rəhbəri Ruhiyyə Əliyeva əsasən ailə-məişət problemlərinin sosiallaşdırılmasının və telekanallarda yayımlanan sosial verilişlərdə biabırçı şəkildə təqdim edilməsinin yolverilməz olduğunu bildirib.

O, cəmiyyətin savadlı qadın və savadlı ana ilə sağlamlaşa biləcəyinə diqqət çəkərək erkən nikah, boşanmalar, narkomaniya kimi problemlərdən danışıb.

Ombudsman Səbinə Əliyeva da eyni problemlərdən söhbət açaraq, tədbir iştirakçılarını aktiv müzakirələrə dəvət edib. O, azyaşlıların təlim-tərbiyəsində cəmiyyətin məsul olmasına diqqət çəkib.

Tədbir aktiv müzakirələr, maraqlı süjetlər və Pantomim teatrının təqdimatında qadına şiddət mövzusunda səhnəciklə davam edib.

# 1791
avatar

Oxşar yazılar