KTM-dən Ceyhun Əsgərovun durumu ilə bağlı  AÇIQLAMA  - YENİLƏNİB
05 avqust 2022 22:09 (UTC +04:00)

KTM-dən Ceyhun Əsgərovun durumu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Ceyhun Əsgərovun səhhəti ilə bağlı yeni məlumat yayılıb.

Lent.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu "Facebook" hesabında paylaşım edib.

"Ceyhun Əsgərovla bağlı zəng edib, maraqlanan dostlar, narahat olmayın, hər şey yaxşıdır. Bir neçə saatdır ki, Ceyhun Kliniki Tibbi Mərkəzdədir və hal-hazırda da onun yanındayam. KTM rəhbərliyinə də bu barədə məlumat vermişəm və onun vəziyyəti tam bizim nəzarətimizdədir. Onun sağalması üçün əlimizdən gələni edəcəyik! İnşallah, tezliklə sağalar!",- deyə paylaşımda bildirilib.

***

Saat 17:53

“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib".

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat katibi Zamirə Ədilovanın jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.

“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, - o vurğulayıb.

Qeyd edək ki, Ceyhun Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın oğludur.

# 5454
avatar

Aytəkin Cəlali

Oxşar yazılar