Koronavirusa yoluxanlar çoxaldı -  SON STATİSTİKA
11 may 2022 16:32 (UTC +04:00)

Koronavirusa yoluxanlar çoxaldı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 872 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 70 nəfərdir.

Ölkədə son sutka ərzində 3861, hazırkı dövrədək isə 6 842 319 test aparılıb.

# 3387
avatar

Oxşar yazılar