Koronavirusun müalicəsi ilə bağlı yayılan yanlış məlumatlar infeksiyanın özü qədər təhlükəli vəziyyət yaradıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor Mustafa Necmi İlhan bununla bağlı narahatlığını açıqlayıb: "Virusun ortaya çıxdığı ilk vaxtlarda insanlar həkimlərin məsləhətinə daha çox əməl edirdi. İndi vəziyyət dəyişib".
Professor virusun geniş yayıldığı bir dövürdə "hər ağızdan bir avaz çıxır", - deyə etiraz edib: "Demək olar ki, hamının yanında aktiv koronavirus xəstəsi var. Bir anda koronavirusa qarşı yaxşı təsir etdiyinə inanılan və elmlə heç bir əlaqəsi olmayan müalicə üsulları yayılmağa başladı. Koronavirusla bağlı hər kəs öz növbəsində məlumat verməyə və ətrafındakı insanları yanlış məlumatlandırmağa başlayıb".
Professor bildirib ki, verilən yanlış məlumatlar xəstələri ölümə sürükləyir: "Xüsusilə, sosial şəbəkələr və telefon vasitəsilə yayılan məlumatlarda xəstələrə kəklikotu suyu içməyin, turp və sarımsaq yeməyin xəstəliyi müalicə etməsi ilə bağlı məlumatlar yayılır. Bunlarla yanaşı, dərman istifadəsi ilə bağlı da inanılmaz dezinformasiyalar yayılır. "koronavirus öldürməz, amma istifadə olunan dərmanlar öldürər" kimi yanlış məlumatlar telefon vasitəsilə yüz minlərlə insan arasında yayılır. Buna inanan insanlar dərmanlarını istifadə etmir. Beləliklə, normal şəkildə xəstəliyi keçirəcəyi halda, bəzən həyatını belə itirə bilir"..
Professor bildirib ki, hər kəs araşdıra, özü üçün məlumat əldə edə bilər. Onun fikrincə, bu məlumatları yanlış insanlardan almaq təhlükəlidir: "Koronavirus cəmiyyətin hamısını əhatə edən bir problemdir. Bununla zarafat etmək olmaz".