Koronavirus 6 nəfəri də öldürdü -  SON STATİSTİKA
09 sentyabr 2022 16:32 (UTC +04:00)

Koronavirus 6 nəfəri də öldürdü - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 817 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 557 nəfər müalicə olunaraq sağalıb, hazırda 2 916 aktiv xəstə var. Bu günə qədər 9 849 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 159, bu günə qədər isə ümumilikdə 7 187 798 test icra olunub.

# 2049
avatar

Oxşar yazılar