JSİD dövlət qurumlarına təlimlər keçir -FOTO
11 sentyabr 2023 10:38 (UTC +04:00)

JSİD dövlət qurumlarına təlimlər keçir -FOTO

“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi bu dəfə  təlim-görüşlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin və Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları ilə keçirib. Lent.az xəbər verir ki, “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsi çərçivəsində növbəti iki tədbir də baş tutub. JSİD-in layihə çərçivəsində keçirdiyi altı təlim-görüşə, eyni zamanda media və vətəndaş cəmiyyəti nümayəndələri də qatılıblar.  
“Bu gün dünya iqtisadiyyatı qlobal böhran məngənəsindən tam xilas ola bilməsə də, həm beynəlxalq, həm də yerli bazarda olan qabaqcıl şirkətlər, xüsusilə dövlət qurumları ictimai nüfuzlarını qorumağa çalışırlar. Sözsüz ki, bu məsələdə üstünlük sosial məsuliyyətə verilən dəyərdən asılıdır. Yəni, korporativ sosial məsuliyyətini daha dərindən dərk edən və bu istiqamətdə siyasətini düzgün quran  istər dövlət qurumları, istər  beynəlxalq və yerli şirkətlər həmişə öndədir. Korporativ Sosial Məsuliyyət nədir? KSM bir tərəfdən davranış fəlsəfəsi, digər tərəfdən isə insanlara, cəmiyyətə və ətraf mühitə qayğı, zamana və iş prinsiplərinə görə hesabat kimi çıxış edir. Nəzərə alsaq ki, bu dəfə mövzu xüsusən dövlət qurumları ilə bağlıdır və bizim cəmiyyətdə “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları” mövzusu aktualdır, xüsusilə daha çox problemli olan sahədir, problemin günün prioriteti olaraq “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İB tərəfindən aktualaşdırılması da təsadüfi deyil”- QHT Sədri Günel Gözəlova  bu layihənin həm dövlət qurumları, həm vətəndaş cəmiyyəti təmsilçiləri, həm də media üçün vacibliyindən danışıb. Qeyd edib ki,  layihənin davamlı olmasına çalışacaq. 
“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin Korporativ Sosial Məsuliyyətin inkişafı üçün etdikləri təkliflərin də yer aldığı videoçarx tədbirdə geniş müzakirə olunub. Dövlət qurumunun əməkdaşları və jurnalistlər, eyni zamanda vətəndaş cəmiyyətini təmsil edən tədbir iştirakçıları da öz növbələrində təkliflərini bildiriblər.  Daha sonra marketinq, ictimaiyyətlə əlaqələr, reputasiyanın idarə edilməsi və beynəlxalq tədbirlərin təşkili, eləcə də idarə olunmasında ixtisaslaşan Səfər Aslanov təlim keçib.  
Qeyd edək ki, “Korporativ Sosial Məsuliyyət və dövlət qurumları: media və vətəndaş cəmiyyətinin rolu” layihəsinə iyul ayından start verilib və sentyabrın sonuna qədər davam edəcək. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Növbəti təlim-görüşlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətində təşkil olunacaq.  

# 1308
avatar

Oxşar yazılar

Selektiv abort cinayətdirmi?

Selektiv abort cinayətdirmi?

11 dekabr 2023 , 15:21
Meteohəssas insanlara  XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

11 dekabr 2023 , 14:31
Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

11 dekabr 2023 , 13:38
Qızılcanın  hansı əlamətləri   var? -  CAVAB

Qızılcanın hansı əlamətləri var? - CAVAB

11 dekabr 2023 , 13:17
Moskavya son yarım əsrin  ən güclü qarı   yağacaq

Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

11 dekabr 2023 , 13:07
Qızılca ilə bağlı valideynlərə  ÇAĞIRIŞ

Qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ

11 dekabr 2023 , 12:46
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

11 dekabr 2023 , 12:24
Azərbaycanda  xüsusi karantin   rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

11 dekabr 2023 , 12:06