İsti, külək, yağış-PROQNOZ
05 iyun 2022 12:15 (UTC +04:00)

İsti, külək, yağış-PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 30-35 % olacaq.

İyunun 6-da Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

# 3279
avatar

Oxşar yazılar