İsrailli həkim qazimizi müayinə edir
05 mart 2021 10:57 (UTC +04:00)

İsrailli həkim qazimizi müayinə edir

İsrailli həkimlər qazilərimizi pulsuz müalicə edir

“İsraildən gələn həkimlər müayinə və əməliyyat üçün ödəniş almaqdan imtina ediblər”.

Lent.az xəbər verir ki, bunu “YAŞAD” Fondunun üzvü Haldun Novruzzadə sosial şəbəkə hesabındakı paylaşımında bildirib. Postda əlavə olaraq qeyd olunur:

“Düzdür, axır vaxtlar çox yazıram İsrailin Azərbaycan sevgisindən. Amma hər dəfə qəlbimizi bir başqa cür fəth edirlər. İsraildən gələn həkimlər müayinə və əməliyyat üçün ödəniş almaqdan imtina ediblər. Mən başa düşə bilmirəm, biz bunların sevgisini qazanacaq nə etmişik?!”

İsrailin Azərbaycandakı səfiri Coc Dik açıqlamasında bu addımın iki dövlət arasındakı dostluq naminə olduğunu bildirib:

“Bu İsrail ilə Azərbaycan arasındakı dostluğun ruhudur. Azərbaycandakı bu insanların sağlamlıqlarını bərpa etmələrinə, özlərinə inamın, qabiliyyətlərinin geri qayıtmasına və Azərbaycanda öz vətənlərində yaxşı, normal və layiq olduqları bir həyat yaşamalarına kömək etmək istəyirik”.

İsrailin Azərbaycandakı səfiri Coc Dik

Qeyd edək ki, “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana  tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib. 8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6147
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar