İşləmədiyinə görə, kimlərə pul verilir? - CAVAB
30 oktyabr 2024 13:16 (UTC +04:00)

İşləmədiyinə görə, kimlərə pul verilir? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu işsizlikdən sığorta ödənişi ilə  bağlıdır.

İşsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Qanunla nəzərdə tutulmuş hallarda sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.

Lent.az xəbər verir ki, qanuna əsasən işsizlikdən sığorta ödənişi bu hallarda işdən azad edilmiş şəxslərə ödənilir:

Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi;

işçilərin sayı və ya ştatların ixtisar edilməsi;

müəssisənin mülkiyyətçisi dəyişməsi;

əmək müqaviləsinin müddəti qurtardıqda;

əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olması;

əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etməsi nəticəsində işdən azad olunan işsiz şəxslərə.

Sığorta ödənişi almaq üçün nə edilməlidir?

Sığorta ödənişi almaq hüququ əldə etmiş şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzlərində qeydiyyata alınmalıdır. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.

Sığorta ödənişi hansı müddətə təyin edilir?

İşdən azad olunan işsiz şəxslərə, işsizlikdən sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı 3 ay təyin edilir.

Əmək müqaviləsinin müddəti qurtarması maddəsi ilə işdən azad olunan işsiz şəxslərə isə 3 ay müddətində təyin edilir. Həmin şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilmir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8744

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyun 2025 , 08:24
Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na  düşəcək

Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na düşəcək

3 iyun 2025 , 00:02
"Azercell"dən TARİF AÇIQLAMASI

"Azercell"dən TARİF AÇIQLAMASI

2 iyun 2025 , 23:27
Sosial şəbəkələrin  gizli faydası AÇIQLANDI

Sosial şəbəkələrin gizli faydası AÇIQLANDI

2 iyun 2025 , 19:46
İyun ayı 3 BÜRC üçün çox uğurlu  olacaq

İyun ayı 3 BÜRC üçün çox uğurlu olacaq

2 iyun 2025 , 18:40
Güclü leysan, sulu qar yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Güclü leysan, sulu qar yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

2 iyun 2025 , 17:45
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

2 iyun 2025 , 17:16
Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ:  Bu ay ən idealıdır

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ: Bu ay ən idealıdır

2 iyun 2025 , 16:29