İkinci qəbul imtahanı üçün QEYDİYYAT BAŞLADI
08 iyun 2022 16:29 (UTC +04:00)

İkinci qəbul imtahanı üçün QEYDİYYAT BAŞLADI

İkinci dəfə qəbul imtahanı vermək istəyənlər üçün qeydiyyat başlayıb. 

DİM-dən Lent.az-a verilən məlumata görə, II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər 20 iyun saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə 4 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link (https://eservices.dim.gov.az/erizebak/cehd2/) vasitəsilə imtahana yazıla bilərlər.
 
 Aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
 
 İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
 Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir.
 
 12 iyun tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanına yazılan şəxslərə də yay qəbul imtahanına qeydiyyatdan keçməyə icazə verilir. Lakin həmin abituriyentlər Azərbaycan dili imtahanından qeyri-məqbul qiymət aldıqları təqdirdə yay imtahanına buraxılmayacaq.
 
Xatırladaq ki, yay qəbul imtahanları III ixtisas qrupu üzrə 6 iyul, II ixtisas qrupu üzrə 7 iyul, I və IV ixtisas qrupları üzrə isə 20-21 iyul tarixlərində keçiriləcək.

# 2511
avatar

Aytəkin Cəlali

Oxşar yazılar