I ixtisas qrupu üzrə qəbul qaydaları dəyişir
31 dekabr 2022 15:01 (UTC +04:00)

I ixtisas qrupu üzrə qəbul qaydaları dəyişir

Yanvarın 1-dən I qrup üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişir.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu, Nazirlər Kabinetinin 14 mart 2022-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidir.

Həmçinin riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1), riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisaslar üzrə riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və informatika (nisbi əmsal:1) olacaq.

İndiyə qədər I ixtisas qrupuna riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi əmsal:1,5) və kimya (nisbi əmsal:1) daxil olub.

Eyni zamanda, I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməlidirlər.

Riyaziyyat-kimya (RK) altqrupu

Riyaziyyat-informatika (Rİ) altqrupu

1

2

1. Fizika müəllimliyi

1. İnformatika müəllimliyi

  1. Riyaziyyat müəllimliyi
  2. Texnologiya müəllimliyi

2. Riyaziyyat və informatika müəllimliyi

4. Fizika

3. Kompüter elmləri

5. Geologiya

4. İnformasiya təhlükəsizliyi

  1. Mexanika
  2. Riyaziyyat
  3. Aerokosmik mühəndislik
  4. Aqromühəndislik
  1. İnformasiya texnologiyaları
  2. Kompüter mühəndisliyi
  3. Mexatronika və robototexnika mühəndisliyi
  1. Aviasiya təhlükəsizliyi mühəndisliyi
  2. Cihaz mühəndisliyi
  3. Dəniz naviqasiyası mühəndisliyi
  1. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  2. Sistemlər mühəndisliyi
  1. Ekologiya mühəndisliyi
  2. Elektrik və elektronika mühəndisliyi
  3. Energetika mühəndisliyi
  4. Gəmi energetik qurğularının istismarı mühəndisliyi
  5. Gəmiqayırma və gəmi təmiri mühəndisliyi
  6. Geologiya və geofizika mühəndisliyi
  7. Geomatika və geodeziya mühəndisliyi
  8. Hava nəqliyyatının hərəkətinin təşkili
  9. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
  10. İnşaat mühəndisliyi
  11. Kimya mühəndisliyi
  12. Kommunikasiya sistemləri mühəndisliyi
  13. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
  14. Maşın mühəndisliyi
  15. Materiallar mühəndisliyi

 

 

3

1

2

28. Mədən mühəndisliyi

 

29. Meliorasiya mühəndisliyi

30. Memarlıq*

31. Metallurgiya mühəndisliyi

32. Mexanika mühəndisliyi

33. Mühəndis fizikası

34. Neft-qaz mühəndisliyi

35. Nəqliyyat mühəndisliyi

36. Nəqliyyat tikintisi mühəndisliyi

37. Qida mühəndisliyi

38. Radiotexnika və telekommunikasiya

mühəndisliyi

39. Şəhərsalma

40. Sənaye mühəndisliyi

41. Uçuş mühəndisliyi

42. Yanğın təhlükəsizliyi mühəndisliyi

43. Aqronomluq

44. Balıqçılıq

45. Meşəçilik

46. Şərabçılıq

47. Torpaqşünaslıq və aqrokimya

48. Yerquruluşu və daşınmaz əmlakın

kadastrı

  1. Zoomühəndislik
  2. Hərbi kompozisiya materialları mühəndisliyi

51. Hərbi rabitə vasitələri mühəndisliyi

52. Optotexnika mühəndisliyi

53. Pirotexniki və partladıcı vasitələr

mühəndisliyi

54. Sərhəd təhlükəsizliyi və idarəetmə

55. Silah və silah sistemləri mühəndisliyi

# 10227
avatar

Oxşar yazılar