Həccə getmək istəyənlərə ÇAĞIRIŞ
19 mart 2025 10:58 (UTC +04:00)

Həccə getmək istəyənlərə ÇAĞIRIŞ

“Vətəndaşlar bayram günlərində sənəd təqdim etmək üçün gələ bilərlər. Vaxt darlığını nəzərə alaraq, Həccə getmək niyyətində olan vətəndaşlardan xahiş edirik ki, sənədlərini təqdim etsinlər”.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistemin rəhbəri Vüsal Cahangiri deyib.

O bildirib ki, vətəndaşlar sənəd qəbulu üçün 24-28 mart tarixlərində müraciət edə bilərlər.

Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar