Hava XƏBƏRDARLIĞI   - "Dərhal yüksəkliyə qalxın..."
05 sentyabr 2023 17:24 (UTC +04:00)

Hava XƏBƏRDARLIĞI - "Dərhal yüksəkliyə qalxın..."

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən Lent.az-a verilən xəbərə görə, müraciətdə deyilirki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 6-sı axşamdan başlayaraq 10-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

"Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir", - müraciətdə vurğulanır.

# 93084
avatar

Oxşar yazılar

Selektiv abort cinayətdirmi?

Selektiv abort cinayətdirmi?

11 dekabr 2023 , 15:21
Meteohəssas insanlara  XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

11 dekabr 2023 , 14:31
Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

11 dekabr 2023 , 13:38
Qızılcanın  hansı əlamətləri   var? -  CAVAB

Qızılcanın hansı əlamətləri var? - CAVAB

11 dekabr 2023 , 13:17
Moskavya son yarım əsrin  ən güclü qarı   yağacaq

Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

11 dekabr 2023 , 13:07
Qızılca ilə bağlı valideynlərə  ÇAĞIRIŞ

Qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ

11 dekabr 2023 , 12:46
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

11 dekabr 2023 , 12:24
Azərbaycanda  xüsusi karantin   rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

11 dekabr 2023 , 12:06