Günəşin aktivliyi Yerdə zəlzələlərə  səbəb ola bilər
05 mart 2025 04:39 (UTC +04:00)

Günəşin aktivliyi Yerdə zəlzələlərə səbəb ola bilər

Tsukuba universiteti və Yaponiyanın Qabaqcıl Sənaye Elmi və Texnologiyaları milli institutundan olan alimlər Günəşin Yerin seysmik aktivliyinə təsirini müəyyən ediblər.

Lent.az-ın məlumatına görə, bu barədə araşdırma “Chaos” elmi jurnalında dərc olunub.

Mütəxəssislər zəlzələlər, Günəşin aktivliyini və Yer səthinin temperaturu ilə bağlı məlumatları təhlil etmək üçün riyazi və hesablama üsullarından istifadə ediblər. Məlum olub ki, Günəş aktivliyi ilə əlaqədar planetin səthinin temperaturunun dəyişməsi süxurların xassələrinə təsir edərək onları daha kövrək və çatlamağa meyilli edir. Bu proseslər həm də yeraltı suların hərəkətini dəyişə bilər ki, bu da öz növbəsində tektonik plitələrin sərhədlərində təzyiqi dəyişə bilər.

Qeyd olunub ki, Günəş istiliyinin Yer səthinə ötürülməsi həqiqətən seysmik aktivliyə cüzi də olsa təsir edə bilər.

Kəşf müəllifləri hesab edirlər ki, Günəş aktivliyi proqnozlarının Yerin temperatur modellərinə daxil edilməsi zəlzələlərin proqnozlaşdırılmasının təkmilləşdirilməsi üçün mühüm alət ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar