Güclü külək əsəcək, yağış yağacaq -  HAVA XƏBƏRDARLIĞI
07 iyun 2022 10:00 (UTC +04:00)

Güclü külək əsəcək, yağış yağacaq - HAVA XƏBƏRDARLIĞI

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 7-dən birinci ongünlüyün sonunadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında

İyunun 7-dən 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var.

# 2790
avatar

Oxşar yazılar