Güclü külək  əsəcək, qar yağacaq  - Sabahın HAVASI
02 yanvar 2024 12:21 (UTC +04:00)

Güclü külək əsəcək, qar yağacaq - Sabahın HAVASI

Yanvarın 3-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

# 78822
avatar

Oxşar yazılar