Göyçayda QALMAQAL : direktoru məktəbə buraxmadılar -VİDEO
01 sentyabr 2022 11:30 (UTC +04:00)

Göyçayda QALMAQAL: direktoru məktəbə buraxmadılar -VİDEO

Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb.

Lent.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimə kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.

İşçilər APA-nın yerli bürosuna bildiriblər ki, yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivi içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirlər.

Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.

Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbəri Səxavət Məmmədov APA-nın yerli bürosuna bildirib ki, təxminən 20 il iş təcrübəsi olan Günay Hacıyeva onun əmri ilə Göyçay Uşaq Musiqi Məktəbinə direktor təyin olunub və o, dünən özünün iştirakı ilə kollektivə təqdim olunub. Bu gün səhər saatlarında nədənsə məktəbdə ona qarşı narazılıq yaranıb. Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib.

# 3531
avatar

Oxşar yazılar

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

4 dekabr 2022 , 17:10
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

4 dekabr 2022 , 16:42
Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16