Gələn həftə hava necə olacaq?
14 yanvar 2023 16:40 (UTC +04:00)

Gələn həftə hava necə olacaq?

Gələn həftə ölkədə hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, əsasən yağmursuz hava şəraitinin üstünlüyü, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskinli olacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8° isti olacaq.

# 3297
avatar

Oxşar yazılar