"Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı
17 mart 2023 16:11 (UTC +04:00)

"Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı

"Azercell"in dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə keçirilən  yarışmada 400-ə yaxın tələbə iştirak etdi

Kommunikasiya, innovasiyalar və texnologiyalar sahələrini əhatə edən yarışmanın nəticələri mart ayının 15-i Azərbaycan-Fransız Universitetində baş tutan təltifetmə mərasimində açıqlandı. Ümumilikdə, ölkənin 17 təhsil ocağında təhsil alan 400-ə yaxın tələbənin müraciət etdiyi hakatonun final mərhələsində 30 komanda yarışmaq imkanı əldə etdi.

Müsabiqə boyunca iştirakçıları "Azercell" və UFAZ-ın ekspertlərindən ibarət olan mentorlar qrupu müşayiət edib, öz peşəkar məsləhətlərini onlar ilə bölüşdülər. Komandalar 48 saat ərzində “korporativ bazar həlli”, “xərclərin idarə edilməsi həlli”, “oyun funksiyalı həll”, “rəqəmsal aktiv bazar həlli” və “ istedadların satışı həlli” mövzularını əhatə edən proqramlaşdırma tapşırıqları üzərində çalışdılar.

Münsiflər heyətinin qərarı ilə 1-ci yerə “3leet”, 2-ci yerə “Perihelion” , 3-cü yerə isə “Optimum” komandası layiq görüldü. Qeyd edək ki, komandalar təqdim etdiyi texniki və biznes təqdimatlara əsasən dəyərləndirildi. Qaliblər müvafiq olaraq 3000, 2000 və 1000 AZN dəyərində pul mükafatları və "Azercell"in xüsusi hədiyyələri ilə təlftif olundular.

Azərbaycanda yeni İKT mütəxəssisləri nəslinin inkişafına dəstək verməyi öz korporativ sosial məsuliyyət siyasətinin vacib istiqaməti hesab edən "Azercell" yarışmanın qaliblərini bir daha təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayır!

 

# 1509
avatar

Oxşar yazılar

Çaylarda suyun səviyyəsi izlənilir

Çaylarda suyun səviyyəsi izlənilir

26 may 2024 , 17:29
İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

İsmayıllıda “Təmiz hava” aylığı tədbiri keçirilib

26 may 2024 , 17:00
Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

Əfv sərəncamının icrası yekunlaşdı-YENİLƏNİB

26 may 2024 , 15:46
Üç bürc üçün  pul çay kimi   axacaq – Bu gündən

Üç bürc üçün pul çay kimi axacaq – Bu gündən

26 may 2024 , 14:33
II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

II və III qruplara imtahan keçirilirb-YENİLƏNİB

26 may 2024 , 14:30
Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17