"Formula-1"ə görə bu marşrutların hərəkət istiqaməti dəyişdirilir -  SİYAHI
26 may 2021 14:31 (UTC +04:00)

"Formula-1"ə görə bu marşrutların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

Bakı şəhərində keçiriləcək "Formula -1 “Azərbaycan Qran Pri” yarışları ilə əlaqədar olaraq mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişiklik aşağıda qeyd edildiyi kimi olacaq:

- 1, 2, 4, 10, 46 və M3 saylı marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə;

- 5 saylı marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi S.Rəhimov küçəsində olmaqla hərəkəti Azadlıq pr., S.Rəhimov küç., Xətai pr., ilə;

- 6 saylı marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə - M.Useynov küçəsi (Funikulyor) və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində;

- 88, M7 saylı marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st yaxınlığında olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç. – D.Əliyeva küç ilə;

- 6, 18, 31, 37 və 77 saylı marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə;

- 53, 125 və 127 saylı marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. (Funikulyor);

- 59 və 61 saylı marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. –R.Behbudov küç. ilə;

- 65 saylı marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə;

- 205 saylı marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. Daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək;

- M2 və M2A saylı ekspres marşrutlar üzrə avtobusların hərəkəti Neftçilər prospektindən çıxarılaraq Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5499
avatar

Oxşar yazılar