Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək
17 fevral 2024 14:13 (UTC +04:00)

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin ediləcək

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verib.

Bu barədə Lent.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq, təqdimata parlamentdə müvafiq qaydada baxılacaq.

Qeyd edək ki, bundan öncə Fikrət Məmmədov ədliyyə naziri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7152
avatar

Oxşar yazılar