Əyani tədris bərpa olundu: övladını məktəbə göndərməyənlərin  NƏZƏRİNƏ
17 may 2021 14:59 (UTC +04:00)

Əyani tədris bərpa olundu: övladını məktəbə göndərməyənlərin NƏZƏRİNƏ

“Övladını məktəbə göndərməkdən ehtiyat edən valideynlər iltizam forması imzalaya bilər”.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib. Bildirildiyinə görə, iltizamda qeyd edilir ki, bu halda valideyn övladının müstəqil öyrənməsinə, teledərslərə baxmasına və yarımilin sonunda məktəbdə əyani formada keçiriləcək qiymətləndirmədə iştirak edəcəyinə zəmanət verir:
 
“Bundan başqa, Təhsil Nazirliyinin təşkilatçılığı ilə teledərslər davamlı şəkildə hazırlanır, “Mədəniyyət” və “ARB Günəş” kanallarında 2 növbəli olmaqla həftənin 5 günü yayımlanmaqdadır. Yayımlanmış teledərslər “Dərs vaxtı”nın feysbuk səhifəsi, nazirliyin rəsmi yutub kanalına yerləşdirilir, eyni zamanda video.edu.az portalına da yüklənir”.

Xatırladaq ki, Təhsil Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən, mayın 17-dən Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərinin, Abşeron rayonunun ərazisində yerləşən ümumi və məktəbdənkənar təhsil müəssisələrindəəyani tədris forması qismən bərpa edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2262
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar