Əməkdaş işə gecikirsə, maaşından pul tutulur? – CAVAB
21 may 2025 10:56 (UTC +04:00)

Əməkdaş işə gecikirsə, maaşından pul tutulur? – CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu işçinin işə gecikdiyi halda maaşından pul tutulması ilə bağlıdır.

İşçilər işə gecikirsə, bu zaman ay sonunda onların maaşından pul tutulması qanunidirmi? Bu proses necə tənzimlənir?

Lent.az xəbər verir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işçi müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onu cərimələyə bilər:

“Bu cərimə yalnız kollektiv müqavilədə nəzərdə tutulan halda tətbiq oluna bilər. Cərimənin məbləği işçinin aylıq maaşının 4-də 1 hissəsindən çox olmamalıdır. Əgər işçi ilə fərdi əmək müqaviləsi bağlanıbsa, onun maaşından işə gecikməyə görə pul tutulması qanuni deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 918

Oxşar yazılar