Dövlət Ordu üçün zəruri olan hər şeyi edir və edəcək
25 iyun 2021 18:32 (UTC +04:00)

Dövlət Ordu üçün zəruri olan hər şeyi edir və edəcək

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Dövlət başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11365 nəfər “Füzulinin azad olunmasına görə”, 11831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5867 nəfər “Qubadlının azad olunmasına görə”, 5784 nəfər “Şuşanın azad olunmasına görə”, 3522 nəfər “Ağdamın azad olunmasına görə”, 4225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2643 nəfər “Laçının azad olunmasına görə”, 10647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1743 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Prezidentin digər sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Ümumilikdə, təltif olunanların sayı 76 min 349 nəfərdir.

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilib.


Qeyd edək ki, bundan əvvəlki dövrdə hərbçilərin mənzil-məişət problemlərinin həlli, onların xidmət şəraitinin müasir standartlara uyğun olaraq yenidən qurulması, maaşlarının və əlavələrin yüksəldilməsi istiqamətində sərəncamlar olmuşdu.
Əslində, hərbçilərin maaşlarının artırılması Azərbaycanın gücünün-qüdrətinin göstəricisidir.

Bu həm də, Prezident İlham Əliyevin diqqət və qayğısının bariz nümunəsidir. Vətən müharibəsi bitəndən sonra da hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması, şəhid ailələrini narahat edən qayğıların həll edilməsi bütün hərbçilərə qayğının nümunəsidir.
Bu gün Prezident İlham Əliyev Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.
Ekspertlərin birmənalı fikrinə görə, Ali Baş Komandan İlham Əliyev növbəti dəfə Azərbaycan hərbi qulluqçularına öz ehtiramını ifadə edib. Məhz İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordulardan biri və regionda ən güclü ordudur. Dövlət Ordu üçün zəruri olan hər şeyi edir və edəcək də. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266

Oxşar yazılar