Dörd rayonda 2 gün  QAZ OLMAYACAQ
09 iyun 2022 17:07 (UTC +04:00)

Dörd rayonda 2 gün QAZ OLMAYACAQ

Bu rayonların qaz təchizatında fasilə yaranacaq. 

Lent.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Naxçıvan” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işləri ilə əlaqədar, iyunun 10-u  saat 08:00-dan 2 gün ərzində təmir işləri başa çatanadək “Kövər” QPS-dən qaz təchizatının dayandırılacaqş

Həmçinin iyunun 10-da saat 09:00-dan etibarən 2 gün ərzində təmir işləri başa çatanadək “Bərdə, “Kətəlparaq”, “Tərtər”,  “Azadqaraqoyunlu” QPS-lərdən və “Bərdə” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır, eyni zamanda 11 iyun tarixindən işin gedişindən asılı olaraq “Ağcabədi” QPS-dən qidalanan Ağcabədi rayonunda təbii qazla təmin olunan əhali və sənaye qrup istehlakçılarının qaz təchizatında müvəqqəti məhdudiyyətin yaranması ehtimalı mövcuddur.  

Təmir işləri aparılan müddətdə Tərtər rayonunun qaz təchizatında tam olaraq, Bərdə, Ağdam və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 

# 3105
avatar

Aytəkin Cəlali

Oxşar yazılar