Daha bir universitetdən tələbələrə "YEMƏK QADAĞASI"
11 iyun 2022 12:17 (UTC +04:00)

Daha bir universitetdən tələbələrə "YEMƏK QADAĞASI"

Azərbaycanda daha bir universitetin bufetində tələbələrə xüsusi tələb qoyulub. 

Lent.az-ın məlumatına görə, sosial şəbəkələrdə “Kənardan bufetə yemək gətirilməsi qadağandır” elanının Mədəniyyət və İncəsənət Universitetinin bufetində yapışdırıldığı bildirilir. 

Məsələ ilə bağlı universitetə müraciət etsək də, onlar münasibətlərini həftənin bazar etrəsi bildirəcəklərini dedilər. 

Qeyd edək ki, bundan əvvəl də Xəzər Universitetdə eyni elanın paylaşılması gündəm olub.  Daha sonra elan götürülərək bufet rəhbərliyi cəzalandırılıb.

# 1956
avatar

Aytəkin Cəlali

Oxşar yazılar