Daha 123 nəfər Ağalıya köçürüldü-YENİLƏNİB
13 sentyabr 2023 07:27 (UTC +04:00)

Daha 123 nəfər Ağalıya köçürüldü-YENİLƏNİB

Sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.

Lent.az xəbər verir ki, indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma Sentyabrın 8-də Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.

Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.

***

Saat 07:00

Bu gün daha 25 ailə (123 nəfər) Ağalıya köçürülür.

Lent.az xəbər verir ki, Bakı şəhərindən 17 (83 nəfər), Sumqayıt şəhərindən 3 (18 nəfər), Abşeron rayonundan 2 (10 nəfər), Sabirabad rayonundan 1 (4 nəfər), Beyləqan rayonundan 1 (4 nəfər) və Ağcabədi rayonundan 1 ailə (4 nəfər) Zəngilanın Ağalı kəndinə köçürülür.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Ağalı kəndinə cəmi 133 ailə (649 nəfər) köçürülmüş olacaq.

# 2820
avatar

Oxşar yazılar

Selektiv abort cinayətdirmi?

Selektiv abort cinayətdirmi?

11 dekabr 2023 , 15:21
Meteohəssas insanlara  XƏBƏRDARLIQ

Meteohəssas insanlara XƏBƏRDARLIQ

11 dekabr 2023 , 14:31
Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

Külək güclənəcək - Hava ilə bağlı XƏBƏRDARLIQ

11 dekabr 2023 , 13:38
Qızılcanın  hansı əlamətləri   var? -  CAVAB

Qızılcanın hansı əlamətləri var? - CAVAB

11 dekabr 2023 , 13:17
Moskavya son yarım əsrin  ən güclü qarı   yağacaq

Moskavya son yarım əsrin ən güclü qarı yağacaq

11 dekabr 2023 , 13:07
Qızılca ilə bağlı valideynlərə  ÇAĞIRIŞ

Qızılca ilə bağlı valideynlərə ÇAĞIRIŞ

11 dekabr 2023 , 12:46
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

11 dekabr 2023 , 12:24
Azərbaycanda  xüsusi karantin   rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

11 dekabr 2023 , 12:06