Çimərliklərlə bağlı MÜRACİƏT - nələr qadağandır?  - VİDEO
15 iyun 2024 11:20 (UTC +04:00)

Çimərliklərlə bağlı MÜRACİƏT - nələr qadağandır? - VİDEO

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Lent.az xəbər verir ki, FHN əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Müraciətdə göstərilib ki, aşğıdakılar qadağandır:

- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək;

- sərxoş halda çimərlikdə olmaq;

- suda kobud hərəkətlər etmək;

- çimərlikdə balıq tutmaq;

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186
avatar

Oxşar yazılar