Bu xəstəxanalara yeni direktorlar  təyin olundu
04 noyabr 2023 12:21 (UTC +04:00)

Bu xəstəxanalara yeni direktorlar təyin olundu

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavinləri təyin ediliblər.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında Natiq Əliyev, Samux Rayon Mərkəzi Xəstəxanasında Loğman Hacı Bədəlli, Laçın Rayon Mərkəzi Xəstəxanasında isə Orxan Cəbrayılov direktor vəzifəsini icra edəcəklər.

Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev ixtisasca infeksionistdir. O, bu təyinatadək Mərkəzi Neftçilər Xəstəxanasının Sənaye təbabət bölməsinin müdiri, TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü olub.

Samux Rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacı Bədəlli ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kiçik elmi işçisi, oftalmoloq-cərrah kimi fəaliyyət göstərib.

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov ixtisasca terapevtdir, bundan əvvəl sözügedən xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.

Eyni zamanda Hikmət Fərəməzov Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - İlkin səhiyyə xidmətinin rəhbəri, Güllü İbadova Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini, Elnur Abdullayev isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim vəzifəsinə təyin ediliblər.

Quba Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - İlkin səhiyyə xidmətinin rəhbəri Hikmət Fərəməzov ixtisasca terapevtdir. O, bu vəzifəsinədək sözügedən xəstəxananın Statistika bölməsinin müdiri olub.

Bakı Baş Səhiyyə Mərkəzinin direktorunun tibbi xidmətin təşkili üzrə müavini Güllü İbadova ixtisasca oftalmoloqdur. Yeni təyinatınadək Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının direktor müavini - baş həkim Elnur Abdullayev ixtisasca anestezioloq-reanimatoloqdur. Bundan əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsini icra edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5783

Oxşar yazılar

9-cu sinfi bitirənlər üçün növbəti imtahan  keçirildi -YENİLƏNİB

9-cu sinfi bitirənlər üçün növbəti imtahan keçirildi -YENİLƏNİB

11 may 2025 , 14:02
Magistraturaya qəbul imtahanı keçiriləcək

Magistraturaya qəbul imtahanı keçiriləcək

11 may 2025 , 09:18
"Yer yanan şara  çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

"Yer yanan şara çevriləcək" - Stiven Hokinqin proqnozu TƏSDİQLƏNDİ

10 may 2025 , 20:15
May ayında xüsusi xoşbəxtlik yaşayacaq  DÖRD BÜRC

May ayında xüsusi xoşbəxtlik yaşayacaq DÖRD BÜRC

10 may 2025 , 18:40
Sabahdan güclü külək  əsəcək

Sabahdan güclü külək əsəcək

10 may 2025 , 16:45
Azərbaycanda hava KƏSKİN SOYUYACAQ  - XƏBƏRDARLIQ

Azərbaycanda hava KƏSKİN SOYUYACAQ - XƏBƏRDARLIQ

10 may 2025 , 14:07
Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

Prokurorlar Fəxri Xiyabanı ziyarət etdi

10 may 2025 , 12:25
Leysan, dolu, sulu qar  - Sabahın HAVASI

Leysan, dolu, sulu qar - Sabahın HAVASI

10 may 2025 , 12:23