Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ümumi fizika" kafedrasının professoru Edil Əli oğlu Eyvazov vəfat edib.
Universitetdən Lent.az-a verilən məlumata görə, onun ölümünə səbəb COVİD-19 virusu olub.
Xatırladaq ki, universitetdə əyani dərslər başlayandan bu günə qədər koronavirusan yoluxma ilə bağlı 24 qrup distant təhsilə keçib.
Bu barədə sözügedən ali təhsil müəssisəsinin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov məlumat verib.
Onun sözlərinə görə, 24 qrupun hər qrupda bir tələbəsi koronavirusa yoluxub, distant təhsilə keçən qruplardan 7-si artıq geri dönüb.