Bu rayonlara  leysan yağıb   - FAKTİKİ HAVA
18 sentyabr 2023 15:25 (UTC +04:00)

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, senytabrın 18-i saat 15:00-a olan məlumatına əsasən Göygöl, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Xaltan, Qrız, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağda qar yağıb.

Külək: Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 20-25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Duman: Göygöl, Balakən, Şəki, Qrızda müşahidə olunub.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 20 dərəcəyədək isti, Naxçıvan MR-da 25 dərəcəyədək isti, Aran rayonlarında 19 dərəcəyədək, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4536
avatar

Oxşar yazılar