İsgəndər Tağıyev
26 avqust 2024 15:57 (UTC +04:00)

İsgəndər Tağıyev

Bu il 21 dekabrdan BÖYÜK GÖZLƏNTİ – Alim nələr danışdı? – MÜSAHİBƏ

Rubrika: Ruh Yaddaşı

Tədqiqatçı, teosof İsgəndər Tağıyev: "Yüz milyon illərdir insanlar 21 dekabrdan sonrakı dönəmi gözləyir"

İnsan kimdir? Haradan gəlib və hara gedir? Yer üzündə doğuluş və ölüm əbədidirmi?

Bu suallar daim bəşəriyyəti düşündürüb.

Teosofların isə bunlara öz cavabları var. 

Lent.az-ın müsahibi azərbaycanlı teosof, batini bilgilərlə bağlı qədim Hindistan, Tibet, ərəb-fars, slavyan, Azərbaycan və bir çox digər mənbələri araşdıran tədqiqatçı İsgəndər Tağıyevdir.

- İsgəndər müəllim, müsahibənizin birində demisiz ki, insan və insanlıq kosmik sistemlə bir yerdə əbədidir.

Amma belə deyim də var ki, dünya fanidir, bir gün yaranan, bir gün ölür…

- Öncə onu deyim ki, batini bilgilərlə bağlı ən zəngin məlumat Hindistan qaynaqlarıdır. Tədqiqatlarımda mən də həmin mənbələrdən yararlanıram. Okkultik bilgilər əsrlərlə insanlardan gizli saxlanılıb. Son 50-60 ildə bu bilgilər nisbətən açıqlanmağa başlandı. Digər tərəfdən, artıq sirr deyil ki, hər insanın yüksək “mən”i ilə rabitə qurmaq imkanı var. Yunus Əmrənin təbirincə desək, “Bir mən vardı məndə, məndən içəri”...

Bu bacarığını aktivləşdirə bilən insan üçün istənilən sualın cavabını tapmaq, doğru mənbələrə çatmaq çətin deyil.

Bütün batini bilgilərin mənbəyi bunu təsdiq edir ki, insan kosmosda böyük ilahi cisimdir. Yerdəki həyatı yaşamaq üçün İlahi qüvvə - Allah özü insanları bura – Yer üzünə çağırıb.

- Bəs, deyirlər, Allah Adəm və Həvvanı cəzalandıraraq cənnətdən qovub, Yer üzünə göndərib…

- İnsanın mənəviyyat qatında yüksək məqamı vardı. O, Yerdəki fiziki həyatı yaşamağı könüllü seçib, Allahın çağırışını qəbul edib.

Batini bilgilərə görə, Allah 13-cü qatdadır. Yerdəki insanla Allah arasında 10 aləm var. İnsanlar Yerə enməzdən əvvəl 5-10-cu qatlar arasında yaşayan mükəmməl ruhlar olub. Hətta 11, 12-ci qatda  çox böyük qurucu, yaradıcı ruhlar var. Və yerə enən hər bir ruhun yaddaşı silinib. Onların burada 4 planetar həyat forması keçməsi zəruriydi. 

- Bəzi təlimlərdə bu say bitki, heyvan və insan olaraq üç forma kimi göstərilir. Bəs, dördüncü hansıdır?

- Yox, dörd həyat forması var: mineral, bitki, heyvan və insan. Hazırda insan ilk üç həyat formasını tamamlayıb, sonuncu mərhələni yaşayır. İnsanın Yerdəki formalaşma prosesi 4,5 milyard ili əhatə edir. İnsan hazırkı həyat formasına çatmaq üçün onun ruhu milyard ildən çox mineral həyat formasında hərəkətsiz qalıb, daş, qaya kimi mövcud olub. Sonra bitki həyat formasına keçib. O zaman artıq inkişaf dövrü başlayıb. Bu proses də milyard illik bir dövrü əhatə edib. Heyvan həyat forması mərhələsinə keçid olduqda isə nəfs formalaşır. 4-cü də insan həyat formasıdır.  Bu da 4.5 milyard illik dövrün son 108 milyon ilini əhatə edir.

108 milyon il ərzində insan 5 köklü irq dövründən keçib. Biz hazırda 5-ci irq dövrünün 33-cü qohum irq dönəmini tamamlayırıq. Hər dönəm təxminən 26 min ildir. Onun 13 min ili passiv, digər 13 min ili aktiv mərhələdir. Bizim hazırda yaşadığımız 33-cü dönəm və Günəş sistemimiz planetlərlə birlikdə Pleyada bürcünün mərkəzi Günəşi olan Alsionanın ətrafında 25 920 ildir dövr edir. Bu, tam bir dövrdür. Bununla da bəşəriyyətin bu qızıl tarixi bu il dekabrın 21-də başa çatacaq. 

- 5 köklü irq deyəndə nəyi nəzərdə tutursuz?

- 1-ci və 2-ci köklü irq dövrü insan bədəninin tam formalaşmadığı dövrdür. Ona qədər efir bədəni mövcud olub. Hər dönəm başa çatdığında insan görünüşcə dəyişib. 1-ci köklü irq dövründə insan bədəninin hündürlüyü 54 metrdən - 36 metrə qədər olub. Bunu Əfqanıstanın Bamyan vilayətində qayaya oyulmuş boyu 50, 30 metrdən yüksək olan Budda heykəlləri də sübut edirdi. Təəssüf ki, o heykəllər 2001-ci ildə Taliban tərəfindən dağıdıldı. 

2-ci köklü irq dövründə isə 36-dan 27 metrə qədər qısalıb.

İnsanların efir bədəni öncə şəffaf olub. Amorf bədən sonradan bərk hala keçməyə başlayıb.

Bu dövr də 3-cü köklü irq dövrüdür ki, o zaman da insanların boyu 27 metrdən 18 metrədək qısalıb. Bu dövrün adı Lemuryadır.

“Adəmlə Həvva cənnətdə xoşbəxt yaşayırdı” deyiminin də izahı budur ki, onlar Lemurya dövrünün əvvəlində yaşayıb. Efir aləmi olduğu üçün öncə bədənləri görünməz olub, ona görə onlar paltarsız gəzə bilirdilər. Sonra efir aləmi dəyişdikcə bədənləri görünməyə başlayıb. Yəni əslində “Cənnət” deyilən yer efir aləmidir.

  1. cü köklü irqin - 32-ci irqin adı Atlant dövrüdür. O dövrün insanlarının hündürlüyü isə 9 metrdən 4,5 metrə qədər olub. 

5-ci köklü irq isə bizim dövrün insanlarınındır. Bu dövrün insanları Ari irqin nümayəndələridir.

- Dediniz, insanlar kosmosda yüksək məqamda olan mükəmməl ruhlardır. İnsan rahat, xoşbəxt yaşadığı aləmi, yüksək məqamını niyə tərk edib?

- Çünki insan təkamül yolunu keçmək üçün mütləq fiziki aləmdə yaşamalıdır. Yüksək aləmdə heç bir problem yoxdur. O həyatı yaşayanda təkamül olmur. Hətta bizim aləmin öz adı var: Azad seçimi olan kainat. Həm Yer kürəsi, həm də bizim kainat ruhların könüllü seçdiyi məkandır. Allahın çağırışına könüllü gələn insan ruhlarına azad seçim imkanı verilib. Yəni Yeri təlim platforması kimi də düşünmək olar. 4 həyat formasını başa çatdıran insanların ruhları mükəmməldir. Yer kürəsində yaşayan əksəriyyət  insanın ruhu artıq kamildir. Çünki onlar 144 dəfə formalaşma prosesi keçib. Amma bir qisim insanların ruhu cavandır, hələ kamilləşməyib.

 - Bəs, nəyə əsasən deyirsiniz ki, bəzi ruhlar kamildir, bəziləri deyil. Həmin ruhu kamil olmayanlar kimlərdir və harda yaşayırlar?

- Bu, proses yalnız Yerdəki 33-cü irqin nümayəndələrinə aiddir. Bütün bəşəriyyət 4 şüur təbəqəsinə bölünür: avam, xas, övliya və ənbiya. Əvvəlki iki səviyyə aşağı, Yerin təkinə doğru yönəlmiş səviyyədir, sonrakı iki səviyyə isə yüksək səviyyəli şüur təbəqəsidir və üzüyuxarı yönələrək inkişaf edir. Övliya şüur təbəqəsinə keçməzdən öncə bəşər övladı Zühur edir və bu prosesə də, dünyada insanların yarıdan çoxu qatılacaq. Çünki hər ruh Yer üzünə gəlmədən onunla müqavilə bağlanır ki, bu da başqa bir mövzudur.

Qalan cavan ruhlar isə təkamül etmək üçün təbii ölümlə bu prosesi yaşayanlardır. Yəni daha 13 min il kamil ruh olana qədər reinkarnasiya edəcəklər. Bu prosesin də daha iki yeni planet var orada baş verəcəyi haqqında bilgilər var. Ona görə də Yerdəki kamil ruhlar rəhbər, uzman statusu üçün hazırlanır ki, cavan ruhların təkamülünə dəstək versinlər.

- Zühur deyirsiniz, söhbət məhşərdən gedir?

- İlahi sistemdən Yer üzünə göndərilən rəhbər ruhlar yuxuda olan insanlardan Zühur prosesində iştirak edib-etməyəcəyini soruşub. 4,5 milyarda yaxın insan ruhu da Zühura hazır olduğunu bildirib. Bu proses 1987-ci ildə baş verib. Yəni, Yer üzünə gəlməkdə olan ruhlar da İlahi sistemdə mövcuddur.

13 min il ərzində biz 144 dəfə reinkarnasiyadan keçərək tam dövrü başa vurmuşuq. Kim bu təlim proqramından tam keçirsə, o Zühura gedir.

Yer kürəsində üçölçülü (3 D) aləmdə 4 həyat formasını (mineral, bitki, heyvan, insan) keçən insan, əvvəlcə dörd ölçülü (4 D), sonra beş ölçülü (5 D) aləmə keçir.

- Zühur prosesində ruh bədəni tərk edəcək?

- Əslində hər reinkarnasiyada ruh bədəni tərk edirdi. Amma bu dəfə isə insan bədəni ilə Zühura gedəcək. Milyard illərdir insanlar bunu gözləyib. İkiqütblü həyatda hər cür sınaqlardan keçib.

- İkiqütblü həyat dedikdə nəyi nəzərdə tutursuz?

- Yəni, yerdəki həyatın 2 qütbü var:  Şimal-cənub, ata-ana, kişi-qadın, gündüz-gecə, işıq-qaranlıq, məhəbbət-nifrət... Bu iki qütb özü Allahda təkdir.

Ona görə də, bəşər tarixinin son dövrü “Qızıl dövr” adlanır və bu, Yaradanın insana ən böyük lütfüdür. Bu Qızıl dövr prosesində də Yerin və bədənimzin vibrasiya tezliyi (frekans) artır. 1987-ci iləcən bizim bədənimizin işığı 8 Hersə (Hz) yaxın idisə, hazırda Zühura getmək ərəfəsində olan insanların bədənin işığı 80-120 Hz-ə doğru gedir və bu, getdikcə artır.  Bu işıqlanma prosesinə də Günəşdəki partlaşyışlar, güclü foton enerjiləri kömək edir. Ona görə də vücudumuzun işıqlanması üçün sümüyümüzdəki kalsiumu tədricən silisium əvəz edəcəyi haqqında məlumatlar doğrulanmaqdadır. 

Yəni bütün bu mərhələlər onun üçündür ki, insan özü seçim etsin, nəfs, nifrət, aşağı vibrasiyalarla yox, ali hisslərlə yaşamağın insanlıq üçün çıxış yolu olduğunu anlasın. 

Hazırda da insanlara kömək məqsədilə kuratorlar, ruh rəhbərləri kütləvi şəkildə Yer kürəsinə enirlər.

- Onlar insan cildində enir?

- Bəli, insan kimi. Çox böyük ruhlar var ki, bu eksperimentdə iştirak edir, amma heç vaxt canlanmırlar. Bizim Günəş sistemindən də böyük sistemlər var, Yer kürəsini qucaqlarına ala bilərlər.

Elə ruhlar var ki, Yerdə çaxnaşmalar artanda, Uca Yaradan onları yardıma göndərir. Elələri var ki, yerdəki insanlardan çox-çox gözəldirlər. Pleyada bürcünün məxluqları, Lira bürcündən, Sirus bürcündən gələnlər hündürboylu olur. Bəzilərinin boyu 2-3 metrdir, rəngli gözlü, sarışın, yaraşıqlı olurlar. Əksəriyyəti ekzotikdir. Yer insanında şok effekti yaratmamaq üçün öncə humanoid (insan olmayan, amma ona oxşayan ) görünüşündə görünə bilərlər.  1.30 metr hündürlüyü olan kiçik boyluları da var. Ona görə də milyardlarla həyat formaları mövcuddur. Elə planetlər var ki, orada yaşayanlar 10 milyon il bundan qabaq Zühur edib.

İşığı, İlahi məhəbbəti seçənlər işıqlı sivilizasiyaya keçiblər və onlar pozitivdirlər.

İndiki mərhələdə 180 dərəcə fazanı başa vuranlar, Zühur edərkən işığa qayıdır. 33-cü irqin “kuratorları” Sirusdan gəlir. Məsələn, batini bilgilərə görə, Məhəmməd Peyğəmbər və tarixdəki bir çox şəxsiyyətlər Sirusdan gəlib.

-  Bayaq Atlantlardan danışdınız, onlar nə qədər yaşayıblar?

- 1000-1200 il yaşayıblar. 13 min il ərzində onların ruhu maksimum 13 dəfə canlanıb. Hər bir dövrün öz məqsədi var. Bizim boyumuz 1.80-1.50 olsa da, ruhumuz 144 dəfə canlanıb. Yəni boy və yerdəki həyat qısaldıqca, reinkarnasiya periodu da artıb. Hər canlanmadan öncə ruhlar dincəlir. O zaman Allah mələklərini göndərir, Yer üzü təmizlənir. Ondan sonra yeni bəşər elə bilir ki, hər şey sıfırdan başlayıb. Bu dəfə Yerdə bu proses son dəfə olduğu üçün bəşəriyyətin qızıl dövrü adlanır.

- İndi tez-tez deyirlər ki, Qiyamət yaxınlaşır. Bu fikir hardan qaynaqlanır?

- Əslində Qıyamətin əsil mənası şuurların oyanışıdır. Hər bəşəriyyət tarixinin sonunda yer üzü təmizlənir. “Nuh Peyğəmbərin zamanında Qiyamət olub” fikri də burdan qaynaqlanır və sonra bizim dövrümüz başlayıb.

Qiyamətdən sonra 5 ölçülü aləmdə bizi yeni planet gözləyir. Adı da məlumdur, Maldena. 

-  İndiki məqamda insanlar nə etməlidir, bizdən nə tələb olunur?

- Yalnız pozitiv düşünmək və bunu pozitiv fəaliyyətə keçirmək! Kainata nə göndərirsən o da sənə qayıdır. İndiki həssas, aləmlərin və insanın eneji potensialının artdığı vaxtda nə düşünürsən, o da olur. Əgər qorxacaqsansa, qorxu canlanacaq. Sevinəcəksən, sevinc. Nifaq, nifrət, aşağı vibrasiyalara qətiyyən yol vermək olmaz.

Alman alimləri bunu illər öncə öyrəniblər ki, insanları və digər yaradılışları qəlbən sevmək 150 Hz-dək pozitiv enerji yaradır. Təmənnasız sevgi, İlahi eşqin enerji dəyəri 205 Hz-dir.  Bu sevgi həm də  anaların övladlarına qarşılıq gözləmədən təbii olaraq bəslədiyi hissdir. 6 aylığa qədər uşaqlarda, təbiətin ən təmiz, əsasən insan ayağı dəyməyən yerlərində də bu enerji var.

Rəna Cumaqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16638
avatar

Oxşar yazılar