Bu avtobusların marşrut xətti dəyişdi - FOTO
27 fevral 2021 14:12 (UTC +04:00)

Bu avtobusların marşrut xətti dəyişdi - FOTO

Martın 1-dən etibarən 7A nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.

BNA-dan Lent.az-a verilən məlumata görə, qeyd olunan tarixdən bu xətt üzrə avtobuslar Gəncə prospektinin Sadıqcan küçəsiylə kəsişməsində yerləşən dairəyədək hərəkət edəcəklər.

Dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilir. Nəticədə Vunqtau küçəsi, Gəncə prospekti və Sadıqcan dairəsi ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə Ziya Bünyadov prospekti, “20 Yanvar” dairəsi və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində gediş-gəlişi təmin ediləcək.

Eyni zamanda, martın 1-dən 17 nömrəli müntəzəm marşrut xətti üzrə də avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bu xətt üzrə avtobuslar dəyişiklik nəticəsində Yeni Yasamal-“İnşaatçılar”m/s-“Elmlər Akademiyası” m/s-“Gənclik” m/s-“N.Nərimanov” m/s-Keşlə bazarını əlaqələndirəcək.  Belə ki, xətt üzrə avtobusların son dayanacaq məntəqəsi “N.Nərimanov” metrostansiyasından keçməklə Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısına dəyişdirilib.

Həmçinin, bu marşrut üzrə avtobusların metronun “Elmlər Akademiyası” stansiyasından keçməsi də təmin edilib.

17 nömrəli xətt üzrə dəyişiklik də çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla edilib. Bununla da Yeni Yasamal yaşayış massivi, metronun  “İnşaatçılar” (Abbas Mirzə Şərifzadə küçəsi) və “Elmlər Akademiyası” stansiyası  ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə metronun “Nəriman Nərimanov” stansiyası və ətraf ərazilərə gediş-gəlişi təmin ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3795

Oxşar yazılar

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

19 iyun 2025 , 12:46
35 dərəcə isti  olacaq - Sabahın havası

35 dərəcə isti olacaq - Sabahın havası

19 iyun 2025 , 12:27
Tələbələrin kirayə mənzil KABUSU:  Evlər bu ayda daha ucuz olacaq

Tələbələrin kirayə mənzil KABUSU: Evlər bu ayda daha ucuz olacaq

19 iyun 2025 , 10:56
Müəllimlərin maaşı artıb

Müəllimlərin maaşı artıb

19 iyun 2025 , 10:47
Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

19 iyun 2025 , 10:38
Azərbaycanın itkin-şəhidi  dəfn olunacaq

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq

19 iyun 2025 , 09:45
2025-ci ilin yayında heyrətamiz uğur  qazanacaq BÜRCLƏR

2025-ci ilin yayında heyrətamiz uğur qazanacaq BÜRCLƏR

19 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

19 iyun 2025 , 08:21