Bir günlük müharibə:  71 milyon öldü, 300 min azərbaycanlı qayıtmadı -TARİX
01 sentyabr 2022 20:15 (UTC +04:00)

Bir günlük müharibə: 71 milyon öldü, 300 min azərbaycanlı qayıtmadı -TARİX

Bu gün tarixin  ən qanlı savaşının başlanmasından 83 il keçir. Tarixə İkinci Dünya Müharibəsi kimi düşmüş bu savaş 6 il 1 gün çəkmişdi. Bəzən ona bir gün davam edən müharibə də deyirlər. Hə, 1939-cu il sentyabrın 1-dən 1945-ci il sentyabrın 2-ə kimi davam edən müharibədə də 71 milyondan artıq insan həlak olub. 

Bu isə bir ilə az qala 12 milyon insanını həlak olması deməkdir. SSRİ-nin itkiləri qeyri-rəsmi rəqəmlərə görə 30 milyon nəfərə yaxın idi. Almaniyada bu, bəzi rəqəmlərə görə, 11 milyon təşkil edirdi. Ən dəhşətlisi, SSRİ-də 1923-cü ildə doğulan kişi vətəndaşların 80 faizi  müharibədə həlak olub. 

Müharibənin son illərinə yaxın alman hərbi sənayesi dünyada ilk dəfə “hava-hava” sinif raketlərin, pilotsuz uçuş aparatlarının, habelə bali tik raketlərin nümunələrini hazırlasa da, onları müharibədə tətbiq edə bilməyib. Müharibə Almaniyanın Polşaya hücumuyla başlamışdı. Almanlar Polşaya hücuma keçəndə, Vizna şəhərini 720 polyak qoruyurdu. Onlar 42 min əsgər, 650 top və 350 tankdan ibarət 19-cu alman ordusuna qarşı şəhəri 3 gün saxlaya bilmişdilər. 
Hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya Müharibəsindəkindən 5,5 dəfə çox idi.

Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil edib. Müharibə dövründə Sovet Ordusunun təqribən 5 milyon civarında, Almaniyanın isə 4 milyon 100 min əsgəri əsir götürülüb, 
Müharibə dövründə SSRİ, ABŞ, Böyük Britaniya və Almaniyanın sənayesi 652 min təyyarə, 286 mindən çox tank, özüyeriyən artilleriya və zirehli avtomobil, 1 milyon top, 4,8 milyondan çox pulemyot , 53 milyon tüfəng, karabin, avtomat və başqa silahlar istehsal edib. 

Savaşdan sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaranmış, sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri faşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürmüşdülər. 
II Dünya Müharibəsinin sonunda, müharibə canilərinə qarşı qurulan Nürenberq Tribunalının qərarı ilə faşist Almaniyasında hökumətdə və orduda mühüm vəzifələrdə çalışmış 12 nəfər edam edilib, 3 nəfər ömürlük həbs, 2 nəfər 20 il, həbs cəzasına məhkum olunub. 

Azərbaycan da SSRİ-nin tərkibində İkinci Dünya Müharibəsində iştirak edib. 600 mindən çoz azərbaycanlı cəbhəyə yollanıb. Bunlardan 300 min nəfəri həlak olub. Yəni cəbhəyə gedənlərin hər iki nəfərindən biri qayıtmayıb. Bu böyük Qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolu var. Çünki xalqımız faşizm üzərində Qələbənin əldə olunması üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilib. 

Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Hələ 1941-ci il aprelin 29-da təsdiq edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. 

Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər. Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcək. Onun planları yarımçıq qaldı...

 
1941-ci ilin yekunlarına görə, Sovet İttifaqı 33 milyon ton neft hasil etdi. Ölkənin baş neft rayonu  Bakı şəhəri rekord göstərici ilə istehsalı 23,5 milyon tona çatdırdı. 1941-1945-ci illərdə SSRİ-nin neft sənayesi 110 milyon ton neft hasil edib ki, onun 75 milyon tonu Azərbaycanın payına düşürdü.

Müharibədə ordunun döyüş texnikasının 75-80 faizi Azərbaycan neftçilərinin qəhrəman əməyi nəticəsində hərəkətə gətirildi. Bakının Böyük Vətən müharibəsində rolunu sovet ordusunun sərkərdələri – Sovet İttifaqı marşalları G.K.Jukov, R.Y.Malinovski, F.İ.Tolbuxin və başqaları dəfələrlə qeyd etmişlər. Marşal G.K.Jukov yazırdı: “Bakı neftçiləri cəbhəyə və ölkəyə vətənimizin müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər lazım idi, o qədər də yanacaq vermişdilər”.

Və təəssüf ki müharibənin bitməsindən 77 il keçməsinə baxmayaraq Bakı haqq etdiyi Qəhrəman Şəhər adını ala bilmədi.

# 22074
avatar

Səbuhi Sədəf

Oxşar yazılar

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Zaqatala rayonunda keçiriləcək

4 dekabr 2022 , 17:10
Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

Azərbaycanda son sutkada koronavirusa YOLUXMA

4 dekabr 2022 , 16:42
Sabah hava belə olacaq - PROQNOZ

Sabah hava belə olacaq - PROQNOZ

4 dekabr 2022 , 12:37
Baş Dövlət Yol Polisi İdarəsi

Sürücülərə XƏBƏRDARLIQ

4 dekabr 2022 , 11:40
Bu rayonlara qar yağdı-FOTO

Bu rayonlara qar yağdı-FOTO

4 dekabr 2022 , 10:45
Nazirlik Xocalıda:  araşdırmalar BAŞLAYIR - VİDEO  - YENİLƏNİB

Nazirlik Xocalıda: araşdırmalar BAŞLAYIR - VİDEO - YENİLƏNİB

3 dekabr 2022 , 19:18
“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

“Azəriqaz” abonentləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır - VİDEO

3 dekabr 2022 , 16:25
Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

3 dekabr 2022 , 15:16